Namiq Zeynalov ve rüşvətxor dəstəsi həbs edildi

Uzun illərdir korrupsiyanın, rüşvətxorluğun və məmur özbaşınalığının tuğyan etdiyi daha bir Azerbaycan rayonu olan Cəlilabadın İcra başçısı Namiq Zeynalov həbs edildi. Dövlət Təhlükəsizlik Xidmətinin və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində, daha bir neçə nəfər də həbs edilmişdir. Həbs olunanlar arasında İcra başçısının birinci müavini Mənsur Məmmədov və Özünü İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev də vardır.
Son bir neçə ildə Azərbaycanda İcra başçılarının həbs edilməsinin ard-arda baş verməsi dövlətin düzgün idarə olunmamasından xəbər verir. Özü də bütün həbs olunan İcra başçıları eyni maddə ( korrupsiya,rüşvətxorluq və vəzifəsindən sui – istifadə) ilə ittiham olunurlar. Demək ki, onlar bölgələri idarə etməklə yox, əksinə, çapıb- talamaqla məşğul olmuşlar.Belə vəziyyət başqa rayonlarda da mövcuddur.

Mikayıl Əsədov.

Bunu paylaş: