Nəticə əldə olunmasa, Putin mülki əhalini “vur” əmrini verəcəkdir

Hörmətli oxucular, bir neçə gündür Ukrayna Rusiya arasında nisbi sakitçilikdir. Bir neçə kəndi nəzərə almasaq bölgədə tərəflər atəşkəs rejiminə əməl edirlər.
Atəşkəs rejiminin də müsbət və mənfi xüsusiyyətləri çoxdur.
Bir neçə günlük fasilədən sonra hər iki tərəf sürətlə silahlanmağa başlamışdır. Deyə bilərik ki, müharibə zamanı itirdikləri silah və canlı qüvvə ehtiyatlarını 10 qat doldurmuşlar. Bunun sonu yaxşı nəticələrin olmayacağını göstərir. Ən azından tərəflər qarşılıqlı sülh əldə edə bilmirlər.

Atəşkəs fasiləsi zamanı Avropa liderləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ortaq məxrəcə gəlmək üçün danışıqlar aparmaqdadırlar.
Putinin əsas hədəfi isə, Ukraynanı tərk- silah etmək və NATO – ya üz tutmaqdan imtina etdirməkdir. Putin bu gün Ukraynanı işğal etməyinin əsas tələbləri kimi bu şərtləri irəli sürməkdədir.

Bu danışıqların qırılma nöqtəsini də unutmaq olmaz.
Əgər bir neçə saat ərzində tərəflər arasında danışıqlar baş tutmasa, Putinin cavabı amansız olacaqdır. Hər kəs Rusiyanın imperialist siyasətini bilir və tarix boyu görmuşdur. İmperialistlər nəticə əldə etməyəndə və məğlub olmağa doğru gedəndə daha da qəddarlaşırlar.
Bu gün Rusiya prezidenti Vladimir Putini daha da qəddar görə bilərik.


Fikir versəniz bəzi şəhərlərdə Rusiya işğalçıları tankların qarşısına çıxan silahsız ukraynalılara atəş açmır. Təəssüf ki, bundan sonra belə olmaya bilər…
Qorxulusu budur ki, nəticə əldə edilməsə, Putin bütün insanlara atəş əmri verəcəkdir. Bu zaman verdiyi “öldür!” əmri, nə uşaq, nə qadın, nə də ki, yaşlı dənəmədən hər kəsi güllə atəşinə tuta bilər.
Bir sözlə, bir daha qeyd etmək istərdim ki, Putin yaxın vaxtlarda nəticə əldə etməsə, yüksək dağıdıcı gücə malik silahlarla bütün Ukraynaya, əsasən də mülki şəxsləri olduğu yerlərə zərbələr endirəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın