Nəhayət ki, “TƏBİB”-in səbrsizliklə gözlədiyimiz qərarı açıqlandı

Nəhayət ki TƏBİB-in səbrsizliklə gəzlədiyimiz qərarı açıqlandı. Açıqlamaz olaydılar. Tam bir xəyal qırıqlıgı. Çimərliklərə icazə və sms ilə evdən çıxma qadağasından başqa heç bir dəyişiklik olmadı.

TƏBİB-in başında oturanlar görəsən hansı başla bu qərarı verirlər?! – Dedikləri ilə baş verən hadisələr üst-üstə düşmür. Tovuz döyüşlərinin şəhidlərinin dəfnində və Bakıdakı yürüşdə 10 minlərlə insan küçəkərdə idi.

Əgər belə sürətli yoluxma varsa, nəyə görə yoluxanların sayı 300-400 arası olur? Bu hesabla gündəlik yoluxma 3 min, 4 min olmalıydı. Bu da bir müəmma və müəyyən şübhələrin, inamsızlığın yarabmasına səbəbdir.

Artıq 6-cı aydır ki ölkədə karantin elan olunub. Demək olar ki ölkə iqtisadiyyatı iflic vəziyyətindədir. İşsizlik insanların onsuz da pis olan maddi durumunu dözülməz hala çatdırıb. 190 manat yardımı çox az bir qisminə, həm də toplam 3 ayda verilib. Bütün restoran, şadlıq sarayları, mağaza, satış sektoru çöküb. Bu sektorlarda 100 minlərlə adam çalışıb evinə çörək aparırdı. Bu qadağanı qoyan hökümət əhaliyə yaşamaq üçün, eləcə də kiçik və orta iş adamlarına dəyən ziyanı ödənilməli idi amma biz bunu görmürük.

Qapı – qapı düşüb iş axtaran, ev təmizləməyə belə razı olan, axşam balalarına çörək aparmaq istəyən qadınlarımızı gördükcə – vəziyyətin necə dəhşətli olduğu aydınlaşır. Hökümət bu vəziyyətdə kamunal xərclərə olan borcları silməli, banklara olan borcların ödənilməsini; heç olmasa pandemiya bitənədək dondurmalıdır.

Yeməyə çörəyi olmayan insanların qapısını döyüb işıq, qaz, su pulunu tələb etmək vicdansızlıqdır. Lakin, təəssüf ki, biz yalnız ağır şərtlərlə qarşı – qarşıyayıq. Xalqın düşdüyü bu ağır sosial vəziyyət bir partlama yaradacaq və bu hakimiyyət üçün heç də yaxşı olmayacaq.

Qeyd edim ki, heç bir ölkədə bizdə oldugu kimi sərt qadağalar yoxdur. ÜST bu pandemiya karantininin hələ 3 ay uzadıldığını bəyan etdi. Qarşıda soyuq, xəstəliklərin artdığı aylar gəlir. Bizi daha hansı “sürprizlər” gözləyir, bilmirik! Lakin, əhalinin daha gücü qalmyıb.

Əhali artıq bu karantini – hakimiyyətin xalqı nəzarətdə saxlamaq, əzmək, üzərində hansısa təcrübələr aparmaq üçün istifadə etdiyinə inanmaqdadır. Hakimiyyət bunumu istəyirdi?!

Gözləyək, hadisələrin hansı yöndə inkişaf etdiyini birlikdə görək…

Bunu paylaş: