Nədənsə, kimsə ölkəmizdəki ən güclü agentura şəbəkəsindən danışmır

Hörmətli Azərbaycan xalqı, hər kəs bilir ki, hakimiyyət daxilində Qərb, Rusiya kəşfiyyatı məharətlə hərəkət etməkdədir. İllərdir ölkəmizin daxilində baş verən proseslər bunu deməyə zəmin yaradır. Lakin, nədənsə, İran xüsusi xidmət orqanları barəsində yalnız vaxtaşırı dini zəmində danışılır.

Görünən budur ki, tarix boyu Mollaların təsir gücü Azərbaycanda möhkəmlənmişdir. Təsadüfi deyil ki, hakimiyyət daxilində mübahisə baş verən kimi İran Azərbaycanı təhdid etməyə başlayır. Bəzilərinin fikirlərindən bu yayınsa da, ara – sıra Mollaların bizi təhdid etdiyini görürük.

Təbii ki, İran bundan məharətlə istifadə edir. Cənub qonşularımız Azərbaycandakı agentlərini qorumaq üçün erməni kartından istifadə edərək məharətlə təhlükə nöqtəsindən yayınır. Bəli, İranın Ermənistanla təmənnasız bağlılığı vardır. Lakin Mollalara daha vacib olan Azərbaycandır.
Rəsmi Tehran dini, erməni, həm də geosiyasi siyasətdən istifadə edərək ölkəmizdə hər zaman aranı qarışdırır. Yaxşı olar ki, İlham Əliyev rejimi bu məqamlara fiki versin.
Məsələ burasındadır ki, Qərb, Rusiya, İran agent şəbəkəsi birlikdə hərəkət etməkdədirlər. Hər bir dövlətin marağı isə xalqımızı asılı vəziyyətə salmaq və Azərbaycanın inkişafını dayandırmaqdır. Deyə bilərik ki, ölkəmizdə İran kəşfiyyatı Qərb və Rusiya kəşfiyyatından daha güclüdür. Çünki ortada Cənubi və Şimali bağlılıqlar fəaliyyət göstərir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın