Nəcməddin Sadıkovun daha bir yaxın adamı həbs edildi

Aldığımız xəbərə görə Mərkəzi Ordu İdman Mərkəzinin (MOİK) sabiq rəisi Elxan Məcidov ay müddətində həbs edilmişdir. O 311.3.3 – cü, külli miqdarda rüşvət alma maddəsi ilə ittiham olunur. Verilən xəbərdə qeyd edilir ki, MOİK – in sabiq rəisi Elxan Məcidov işlədiyi müddətdə hərbçilərdən pul yığmış və onlardan aylığa buraxılmaları üçün rüşvət almışdır. Digər tərəfdən, Müdafiə Nazirliyinin idman mərkəzinə ayrılan vəsaitini də mənimsəməkdə ittiham olunmaqdadır.

Bir sözlə, sabiq Qərargah rəisinin sağ əli olmuş Elxan Məcidov Nəcməddin Sadıkovdan heç nə ilə fəqlənmir. Hər ikisi xalqa vacib ən önəmli dövlət strukturlarından biri olan Müdafiə Nazirliyini talamaqda idilər.

Bu gün “Tərtər 1767” qətliamının təşkilatçılarından biri olan, Kəlbəcərin satılmasında əli olan, Rusiyanın agenti Nəcməddin Sadıkovun yaxın adamlarının həbsinə start verildiyini görürük.
Bundan əvvəl sabiq Qərargah rəisinin sağ əli “şlyapa” ləqəbli Zahid Niftəliyev və daha sonra Elxan Məcidovun həbsləri nədənsə xəbər verməkdədir. Bu gün ölkə başçısının iki seçimi vardır:
İlk növbədə inanırıq ki, İlham Əliyev Nəcməddin Sadıkovu həbs etməklə söz sahibinin bu ölkədə kim olduğunu göstərəcəkdir.
İkincisi isə, Eldar Mahmudov formatını tətbiq etməklə xalqın gözündən pərdə asacaqdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın