Nə vaxtdan Qarabağımızı istəmək cinayetdi ?

Son zamanlar, iyul ayının 12-dən başlayaraq Azərbaycanda keçirilən Qarabağ yürüşünün bəzi rejim qüvvələrinin öz adlarına çıxarması, bu hakimiyyətin xalq birliyindən və gücündən qorxmasıdır.
Bezi millet vekilleri çıxışı zamanı heç bir həqiqətə uyğun olmayan:
-Xalq Azərbaycan hakimiyyət ilə birlikdə Azərbaycan əsgərinə dəstək olmaq üçün bu yürüşləri keçirmişdir,cümləsini ifadə etmişdir.
Ancaq xalqımız Qarabağ yürüşündə yalnız Azərbaycan əsgərinə dəstək olmaq məqsədilə və Qarabağımızı ermənilərdən azad etmək üçün həmişə əsgərimizin yanında olduğumuzu bildirmək üçün bu yürüşləri keçirmişdir.
Bu fürsətdən istifadə edən İlham Əliyev və onun komandasına bir sual doğurur:
-Niyə həmin yürüşlərdən sonra “Müxalifət ”dən olan bəzi fəalları həbs etdiniz?
Bu da İlham Əliyev və komandasının xalqın oyanışını görərək necə qorxmasından irəli gəlir. Qarabağ yürüşündə iştirak edib həbs edilən xalqımızın övladlarına azadlıq tələb edirik. Son olaraq Ìlham Əliyev və onun komandasına bildirmək istərdim ki, siz bir millət vəkili olaraq milləti qorumalısız, hakimiyyəti yox.

Ìmza; Mikayıl Əsədov.

Bunu paylaş: