Nə qanuna, nə xalqa, nə də ki şəhidlərimizə hörmət qoymayanlar

Hörmətli oxucular, xəbər verdiyim kimi bir neçə gün əvvəl Ramiz Mehdiyev öz nəvəsinə toy mərasimi keçirmişdir və Azərbaycanın bir çox məmurları da karantin qaydalarını pozaraq bu toyda iştirak etmişlər.
Çox təəssüf ki, bu toyda iştirak edənlərin arasında Siyavuş Novruzov və onun xanımı Ombudsman Səbinə Əliyeva,BDU-NUN keçmiş rektoru Abel Abel Məhərrəmli də olmuşdur.
Xalqa qanun təbliğ edən bu məmurlar Millət Vəkili, ombudsman, keçmiş rəhbərdir.
Xalq bunlardan nə nümunə götürsün?
İlham Əliyev cənabları ,sizə bir sualım var:
-Əgər Vətən uğrunda Şəhidimizin ölümündən qısa bir vaxt sonra, karantin qaydalarını pozan R.Mehdiyev nə dövlətə, nə şəhidlərimizə, nə də xalqımıza hörmətsizlik edərək şadlıq keçirirsə və bu şadlığa məmurlar da qoşulursa,dövlətə qarşı qanunu bilərəkdən pozaraq təxribat törədirlərsə, bəs niyə həbs edilmirlər?
Xatırladaq ki, bu gün Tovuz döyüşlərində şəhid olmuş General, zabit və əsgərlərimizin 40 -ı günüdür.Hakimiyyətdə belə insanlar dərhal işdən çıxarılmalı və həbs olunmalıdırlar.
Şəhidlərimizə Allahdan rəhmət, məmurlara isə lənət diləyirik.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: