Nə etməli

 

Rusiya – Ukrayna münaqişəsi böyük, qlobal müharibənin başlanması şəraitindədir. ATƏT – in sülh danışıqları yolu ilə məsələnin həllinə nail olunmadı, çünki tərəflərin tələblərini yerinə yetirmək qeyri – mümkündür.
Rusiya Donbasdan və Krımdan çıxa bilməz, çünki o halda da NATO məsələnin həllinin baş qəhrəmanı olaraq, Ukrayna da daha da möhkəmlənəcək və 8 il müddətində Ukraynaya dəymiş 300 milyard usd civarında pulun ödənilməsini Rusiyadan təzminat olaraq tələb edəcək. Rusiya Ukraynanın tələb etdiyi təzminatı ödədiyi halda da, Rusiya rəhbərliyi aciz durumuna düşəcək və müxalifətin hakimiyyət çevrilişi üçün, çoxsaylı əsaslar vermiş olacaq. O halda da Rusiya Federasiyası dağılma təhlükəsi ilə üzləşəcək.
Rusiya hakimiyyətinin SSRİ ərazisini bərpa etməsi xəyalları nəinki müstəqil 14 respublikaların, heç Rusiya Federasiyasının tərkibində olan muxtar respublikaların da marağında deyil, çünki Rusiyanın güc tətbiq etməkdən başqa, xalqları ətrafında cəmləşdirmək üçün, heç bir ideoloji proqramı yoxdur. SSRİ bərpa olunur deyə yürüdülən təbliğatların da əsaslı ideoloji proqramı yoxdur.

SSRİ xalqlarının zəhmətkeşləri mövcud vəziyyətlə barışmırlar, ancaq əhali müxtəlif rəqib olan tərəflərdə kapitalizm vəhşi sisteminin eyni zülmləri ilə yaşadıqlarına görə, eyni problemlərin həlli üçün də, NƏ ETMƏLİ sualının cavabını axtarırlar.
Sözsüz ki, ağılın və məntiqin gücü ilə. NƏ ETMƏLİ sualının cavabı da mütləq olaraq vardır, ancaq ideoloji proqram oliqarx hakimiyyətlərin deyil, sadə xalqın əlindədir.

Əkbər Cavadov.

Bunu paylaş:

Bir cavab yazın