Nə Əli Əsədov, nə Zahid Oruc bu məsələni həll edə bilməz!

“Millət vəkili” Zahid Oruc Milli Məclisdə çıxışı zamanı Rusiya Azərbaycan sərhəddində qalan həmvətənlərimiz barəsində məsələ qaldırmışdır. Zahid Oruc bu problemi Baş Nazir Əli Əsədovun nəzərinə çatdırmışdır.
Baş Nazir isə, öz növbəsində Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən, pandemiyayla bağlı hələ də qadağaları ləğv etmədiyini bildirmişdir.

Digər tərəfdən Zahid Oruc bu məsələnin ictimailəşdirilməsindən narahat olduğunu dilə gətirmişdir. O bu cür halların digər inkişaf etmiş ölkələrdə də baş verdiyini dilə gətirmişdir.

Hörmətli oxucular, diqqət yetirsək deputatı maraqlandıran orda qalan xalq yox, məsələnin genişlənməsidir. Zahid Oruvc kimilər xalqın seçimi ilə deputat olmadığından, onda xalq sevgisi deyə bir hissiyyat yoxdur.

İlk növbədə deyə bilərik ki, dünya ölkələrinin heç biri öz vətəndaşlarını sərhəddində saxlamır. Zahid Oruc burda yalan danışır.
İkinci, Azərbaycan adlı dövlət xalqa məxsusdur!. İlham Əliyev və hakimiyyəti dövlətimizi şəxsi obyekt kimi işlədə və yaxud özəlləşdirə bilməz.

Əli Əsədov və Zahid Oruc kimilərin fikri budur ki, niyə İlham Əliyevi biabır edirsiniz.., yəni bu vəziyyəti ictimailəşdirməklə bütün dünyaya Azərbaycan prezidentinin və onun məmurlarının iç üzlərin göstərirsiniz.

Dəfələrlə qeyd etmişik, bir daha qeyd etmək istərdik; Bu gün Azərbaycan vətəndaşlarının sərhəddə qalmasının əsas problemi İlham Əliyev və onun ailə üzvləridir. Bildiyiniz kimi, Azərbaycan Hava Yolları İlham Əliyevin ailə biznesinə tabedir. Vətəndaşları sərhəddə saxlamaqla məcbur edirlər ki, “Azal”ın satdığı baha qiymətə olan təyyarə biletləri ilə vətəndaşlar geri qayıtsın.
Bu səbəbdən pandemiya oyununu ortaya ataraq, xalqın qanını sorurlar. Hakimiyyət düşünür ki, Rusiyaya qazanc dalınca gedən azərbaycanlılar ordan qızıl küpələrlə qayıdırlar.
Bir sözlə, sərhəddə vətəndaşlarımızın saxlanılmasının səbəbkarı birbaşa İlham Əliyev və yaxınlarıdır. Əliyevlər ailəsi ölkəmizin yerini , suyunu, havasını özəlləşdirərək monopoliya yaratmışlar. Zahid Oruc və Əli Əsədov kimilər isə, bunu çox gözəl bilir!. Sonda qeyd edək ki, yaxşı olardı ki, Milli Məclisdə deputatlar çıxış edib özlərini yalandan xalq sevər kimi göstərməsinlər, hamısı İlham Əliyevin əmrlərini icra edənlərdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın