Nüvə gücləri Cənub-Şərqi Asiyada müharibəyə hazırlaşır?

Bilirik ki, Avropanı bürüyən müharibə bütün dünyada gərginlik yaratmaqdadır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq siyasəti Amerika və Çin arasında gərginlik yaradır. Açıq olmasa da, rəsmi Pekinin Rusiyaya hərtərəfli dəstək verdiyini bilirik. Bu, Qərbin xoşuna gəlməyən əlamətlərdəndir.

Ukrayna Rusiya müharibəsinə paralel olaraq
Çinin Tayvan problemi də getdikcə gərginləşir. Hər kəs bilir ki, əgər Çin Tayvana hücum etsə, Amerika bunun qarşısını almayacaqdır. Buna alternativ olaraq rəsmi Vaşinqton Cənub- Şərqi Asiyada ən böyük müttəfiqi Hindistanı oyuna qatmaq istəyir.

Aldığımız məlumata görə Hindistan və Çin sərhədlərinə ordu toplamaqdadırlar. Məsələ burasındadır ki, dünyanın əhalisinə görə təxminən yarısını tutan bu iki ölkə arasında müharibə başlasa, planetimiz üçün çox böyük fəlakət olacaqdır. Təsəvvür edin ki, hər ölkənin aktiv və ehtiyat ordu gücü 200 milyon insanı keçir. Təbii ki, bu müharibədə tərəflər nüvə silahından istifadə edə bilərlər. Çin müttəfiqi Pakistanla Hindistan müttəfiqi Amerikaya qarşı müharibəni başlasa, nə olacaqdır? Məcburən NATO və Rusiya da burada iştirak etməlidir. Bu isə bəşər tarixində ən böyük və ən sonuncu müharibə kimi tarixə düşə bilər. Təsəvvür edin, bütün dünyanın nüvə gücləri və ən böyük dövlətləri 3 – cü dünya müharibəsinə məcburən qoşulmalı olacaqdır.

Bu gün Cənub – Şərqi Asiyada vəziyyət elədir ki, hər an dünya müharibəsi başlaya bilər. Çox təəssüf ki, hələlik tərəflər arasında dialoq yolu ilə nəsə həll etmək mümkün deyildir.
Sonda qeyd etmək istərdik ki, bu yaxınlarda rəsmi Pekin Tayvanın işğalı ilə barışmayacağını bildirmişdir və bununla rəsmi Vaşinqtona qırmızı xəttini elan etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın