Növbəti hədəf Kəmaləddin Heydərovdur?

 

Zığ qəsəbəsində modul tipli
xəstəxanın baş həkimi İmran Ağayevlə bağlı qalmaqal artmaqdadır. Bildiyiniz kimi, Ağayevin həbsi korrupsiya və işində baş vermiş nöqsanlarla bağlıdır. Məsələnin əsas tərəfi isə Kəmaləddin Heydərovova kimi uzanmaqdadır. Yayılan xəbərə görə, həmin “Modul” tipli xəstəxana, Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərir.

Lakin FH naziri Kəmaləddin Heydərov bu xəstəxananın nazirliyə aid olsa da, müqavilə əsasında “TƏBİB” lə, yəni Nazirlər Kabinetinin yanında Operativ Qərargahla müqavilə bağladığını bildirmişdir. Çox keçmədi ki, TƏBİB rəsmi olaraq FH naziri Kəmaləddin Heydərovun bu sözlərinə sərt cavab verdi. “TƏBİB” rəsmi açıqlama yayaraq, FHN – nin xəstəxanaları ilə heç bir müqavilələrinin olmamasını bildirmişdir.

Burda məsələ başqadır; ola bilsin ki, Kəmaləddin Heydərov “qara kassa” dan nəsə gizlədir. Mətbuata verdiyi digər acıqlamada isə:”bizdə pul nə gəzir”,- kəlməsi işlətmişdir. Çox maraqlıdır, bu kəlməni görəsən niyə və kimə qarşı işlədir? Bəlkə də növbəti hədəf Kəmaləddin Heydərovdur?

Mikayıl Əsədov.

Bunu paylaş: