Müxalif partiyaların yıgıncağı baş tutdu .

Dünən ADP partiyasının qərargahında 10 partiyanın iştirakı ilə Azərbaycan -Türkiyə konfederasiyasının yaradılması,Türkiyə ordusunun Azərbaycandakı təlimlərdən sonra qalıb, hərbi baza yaradılması haqqında bəyanat imzalandı.Sərdər Cəlaloglu, MirMahmud Mirəlioglu, Pənah Hüseyin, Elşad Musayev ,Əhməd Oruc,Tural Abbaslı,Tahir Abbasov,İqbal Agazadə Qulamhüseyn Əlibəyli ,Əli Əliyev və bu bəyanatın müəllifi Qələndər Muxtarlı bəyanatın imzaya açıq oldugunu və digər partiyaların da istəyi ilə qoşula biləcəyini bildirdlər.Təbii ki, həmin partiyalar arasında Rusya yönümlü,Qərbin müəyyən dairələri ilə əlaqəsi olan partiyalar oldugunu nəzərə alsaq, bu bəyanata qoşulmayanların olacagı bəllidir.Yəqin ki,biz, xalq olaraq partiyaların əsil fikir və niyyətlərini bu imzanın atılıb-atılmayacagından sonra görəcəyik.Ola bilsin ki, Türkiyə ordusu gedəcək ,amma biz xalq olaraq öz mövqeyimizi həm hakimiyyətə,həm Türkiyə dövlətinə, eləcə də dünyaya bəyan etməliyik.Sonra,- siz nə zaman istədiniz ki, biz etmədik,- deməsinlər

Bunu paylaş: