Sergey Lavrovun Azerbaycana qarşı yeni oyunu başlayır

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bu günkü brifinqində bildirmişdir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə konkret parametrlər hazırlanıb.
Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi tələbindən sonra Lavrov bu təkliflə çıxış etmişdir. Hər kəsə bəllidir ki, Qarabağın həllinə əsas açar yolu Rusiyadır.
Kreml isə bu açarın əsas daşıyıcısı olmağını itirməkdən qorxaraq yeni bir oyun ortaya atır.
Rusiya Minsk qrupunun əsas üç üzvündən biri olaraq 25 ildir baş qatmaq siyasəti yürüdür. Necə deyərlər, kor tutduğunu buraxmayan kimi Sergey Lavrov da Minsk qrupunu buraxmaq istəmir.

İmza; Mikayıl Əsədov.

 

 

Bunu paylaş: