Mirmahmud Mirəlioğlu: “Bəziləri bizim varlığımızdan narahat olur”

“Təəssüflər olsun ki, imzatoplama kampaniyasına biz kənarda saxlanıldıq”. APA-nın məlumatına görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu partiyanın ümumrespublika müşavirəsindəki çıxışı zamanı deyib.

KXCP-nin Milli Şuradakı fəaliyyəti barədə danışan M.Mirəlioğlu qeyd edib ki, Milli Şuraya daxil olan bəzi təşkilatlar KXCP-ni vahid namizəd üçün imzatoplama kampaniyasından kənarda saxlayıb: “Bunun səbəbini bilmirəm. Bəlkə də kimsə bizi görəndə çox narahat olurdu deyə, bizə mane oldular. Bunu istəmirdilər deyə, iştirakımıza mane oldular. Bəzi adamlar özlərinin dürüst olmadıqlarına görə həddən artıq narahatdırlar. Düşünürlər ki, biz onlara keçmişini xatırladırıq. Bütün bunlar onları narahat edir. Qoy elə narahat olsunlar, ömrü boyu da narahat olacaqlar. Ümumiyyətlə, müxalifətdə bəzi adamlar xaraktercə dəyişməz qalıblar”.

Bunu paylaş: