Moskvanın yeni hiyləsi: Rusiya Azərbaycanı Aİİ-də görmək istəyir

 

Rusiyalı tanınmış dövlət xadimi, iqtisadçı Aleksandr Razuvayev maraqlı çıxışla yadda qalmışdır. O, Azərbaycanın Rusiya üçün Ermənistandan daha vaçıb olduğunu qeyd etmişdir. Razuvayevin sözlərinə görə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması, həmin İttifaqa daha da təkan verə bilər. Çünki bölgədə ən güclü dövlət sayılan Azərbaycan, bütün normativlərə görə Ermənistanı qat-qat kölgədə qoyur. Bu gün isə, Aİİ-nin Azərbaycan kimi ölkələrə ehtiyacı olduğunu iqtisadçı qeyd etmişdir. Onun fikrincə ən azından rəsmi Bakı bu ittifaqda müşahidəçi qismində iştirak edə bilər.

Daha sonra, Alexander Razuvayev çox vacib məsələyə toxunaraq, Rusiyanın da “Türk Təşkilatı” na üzüv olmaq istədiyini qeyd etmişdir. Onun sözlərinə görə isə, Qərb və Çinlə Rusiya “Türk Təşkilatı” ilə birləşərək mübarizə aparmalıdır.

İqtisadçı Aleksandr Razuvayev niyə? Azərbaycanı, Rusiyanın diktə etdiyi təşkilata üzv etmək istəyir.
Məsələ burasındadır ki, Aİİ təşkilatı ümumi xəzinəyə (kassaya) xidmət etməkdədir. Ölkənin bütün gəlirləri həmin təşkilata axacaq və ordan isə paylanacaqdır. Eyniliklə keçmiş “Sovetlər Birliyi” sistemi, lakin adı dəyişdirilmiş haldadır.

Fikrimizdə tutaq ki, Azərbaycan bu ittifaqa üzv oldu. Azərbaycanın milyardlarla gəliri bərabər dövlətlər arasında bölündü və hər zaman Rusiya ilə birlikdə bizim xalqı qətlə yetirən Ermənistana da biz yardım etdik.
Lakin axır – əvvəl yenə də “Sovetlər Birliyi” dağılmasından sonrakı aqibət bizi gözləyə bilər. Belə çıxır Azərbaycan, Ermənistan və Rusiyanı bizi gələcəkdə təxribat etməsi üçün maliyyələşdirməlidir.

Deyə bilərik ki, Rusiyanın tarix boyu bizə təklif etdiyi məsələlərdə, hər zaman xalqımız əziyyət çəkməli olub.
Aleksandr Razuvayevin planı bundan ibarətdir ki, Aİİ-də və “Türk Təşkilatı”nda bizlərə Rusiya hegemonluq etsin. Rusiyanın fikiri Azərbaycanı ittifaqa qoşmaqla, Türkiyəni də özlərinə yaxlnlaşdırmaqdır. Bu səbəbdən Alexander Razuvayev durmadan Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin adını çəkir…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın