Moskvanın “Nota”sı: Hər şey bumeranq kimi Rusiyaya qayıdır

Ermənistan  “Surmalu” ticarət mərkəzində baş verən partlayışda, ermənilərin Rusiyanı günahlandırması rəsmi Moskvanın qəzəbinə tuş gəlmişdir. Bu partlayışdan sonra isə, erməni cəmiyyətində gah türkləri, gah da rusları günahlandırmaq fikiri yaranmışdır. Moskva və İrəvan bir – birlərinə yaxın olsalar da, ermənilər hər zaman olduğu kimi hər şeydə Rusiyanı günahlandırmaqdadırlar. Bunu 44 günlük müharibə zamanı işğal etdikləri və terror törətdikləri Azərbaycan ərazilərində ordumuzun cavabından sonra da şahidi olduq.

Məsələyə bir az geniş rakursdan baxsaq daha yaxşı olardı. İllərdir Rusiya ermənilərin daxilində  türkafobiya siyasəti aparmaqdadır. Onlar türk xalqlarına qarşı terror törətdikdən sonra, dini siyasətdən istifadə edərək özlərini yazıq və zərərçəkmiş kimi dünyaya göstərməkdədirlər. Məsələ burasındadır ki,  illərdir Kremlin dəstəyi ilə, erməni cəmiyyətində  türklərə qarşı nifrət formalaşmışdır.

Bu gün reallıq budur ki,  Kremlin siyasəti artıq bumeranq kimi özlərinə qayıtmaqdadır. Artıq erməni cəmiyyətində tək türklərə deyil, eləcə də ruslar nifrət yaranmışdır.

Bunun qarşısını almaq üçün rəsmi Moskva İrəvana qarşı bir az sərt davranaraq Ermənistana Nota vermişdir. Lakin dünya siyasəti dəyişdiyi üçün bu etirazın hər hansı işə yarayacağı inandırıcı deyildir. Çünki ikinci Qarabağ müharibəsindən sonra onların nifrəti getdikcə artır.
Hər halda, Rusiyada bu xalqın Osmanlı zamanından necə bir xislətə sahib olduğunu bilir. Ən azından tarix kimin kim olduğunu aydın göstərir.
Beləliklə, Rusiya artıq anlayır ki,  ermənilər yeni müttəfiq axrtarmaqdadırlar. Bu səbəbdən Rusiyanı ölkədən çıxarmağa çalışırlar. Elə Ermənistanda baş verən partlayışdan sonra Rusiya əleyhinə dövlət səviyyəsində olan çıxışlar əsl sübutlardan biridir!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın