Moskva görüşünün ilkin nəticələri

Dünən Moskvada keçirilən İlham Əliyev , Vladimr Putin və Nikol Paşinyan görüşündə yeni bəyanat imzalanmışdır.
Həmin bəyanata görə, Qarabağ münaqişəsindən əvvəl mövcud olan, yəni Azərbaycanla Mehri dəhlizini keçməklə Naxçıvanı, daha sonra Ermənistanı birləşdirən dəmiryolu və quru yol dəhlizinin açılması üçün işçi qrup yaradılacaq. Daha sonra həmin yola Türkiyə də qoşulacaq. Həmin kommunikasiya xəttindən Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, hətta İran da yararlana biləcək. Kommunikasiya blokadasının açılması, əlbəttə ki, regionun inkişafına müsbət təsir edəcəkdir.


Üç saatlıq görüşdə təkcə kommunikasiya xətlərinin açılması yox, yəqin ki, bizə məlum olmayan başqa məsələlər də müzakirə olunub.
İ. Əliyev Putinlə təkbətək görüşündə Rusiya sülhməramlılarının Qarabağda olmasından məmun olduğunu söylədi (?), onların Qarabağda hələ uzun müddətə qalacağını qeyd etdi və buna görə də Putinə təşəkkür etdi (???).


Putin isə, bütün dünyaya situasiyaya hakim olduğunu, hər şeyi o həll etdiyini, qarşısında olan bu iki dövlət başçısının isə onun “uşaqları” olduğunu nümayiş etdirdi ( avtoritar rejimlər belə şeyləri sevirlər).
Ermənistan Prezidenti əsirlərin dəyişdirilməsini istəsə də, Azərbaycan tərəfi 90-ci illərdə, yəni birinci Qarabağ döyüşlərində girov və itgin düşən vətəndaşlarımızı rəsmi İrəvandan tələb etmişdir. Nikol Paşinyan görüşün sonunda Qarabağın statusu barədə sayıqlasa da, İlham Əliyev ona Putinvari cavab verərək bildirmişdir ki, Qarabağ problemi deyilən bir şey artıq yoxdur!

Mikayıl Əsədov.

 

Bunu paylaş: