Moskva görüşü “Humanitar” sülhlə bitdi, lakin müharibə davam edir

..Dünən Azərbaycan Xarici Işlər Naziri Ceyhun Bayramov ,Rusiya XİN-i Sergey Lavrov ve Ermənistan XİN-i Zöhrab Mnatsakanyanla Moskvada görüşü baş tutmuşdur. Bu görüş 10 saatdan çox çəksədə,yalnız 4 qətnamə əldə olunmuşdur:
1) 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2) Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq
3)Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4)Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Bu 4 qətnamənin Ermənistan tərəfindən icra olunacağı inandırıcı deyil. Bu dəqiqələrdə döyüşlər davam edir. Hələlik tələsməyək

Mikayıl Əsədov.

Bunu paylaş: