Monoetnik, ksenofob Ermənistan

Bildiyimiz kimi bu gün Ermənistan dünyada monoetnik ölkələrdən biri, hətta birincisidir. Ermənistan 30 ildir ki, Rusiyadan aldığı güclə işğal etdiyi Azərbaycan ərazilərində Azərbaycan türklərinə qarşı etnik təmizləmələr aparmış və bir milyondan artıq Azərbaycan vətəndaşlarını məcburi öz doğma yurd-yuvalarından didərgin salmışdır. Hər zaman Azərbaycana qarşı nifrət hissi ilə yaşayan ermənilər bu kini-nifrəti övladlarına belə aşılayırlar. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycanda dinindən, irqindən asılı olmayaraq bir çox millətlər yaşayırlar. Hətta bu gün Azərbaycan ərazisində 120 mindən artıq erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Ancaq bu gün Ermənistana nəzər yetirsək görərik ki, orda yaşayan əhalinin 97%-i ermənilər, digər 3%-ni isə ruslar və digər millətlər təşkil edir. Bu gün Ermənistan ərazisində bir azərbaycanlının yaşadığına belə rast gələ bilməzsiniz. Ermənistan ərazisində nəinki milliyyət, hətta müsəlmanların yaşamasından belə söhbət gedə bilməz. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi bu gün də (ksenofobiya) siyasətini uğurla davam etdirir. Çünki orada ksenofobiya və nifrətin ən ifrat dərəcədə olduğu artıq hər kəsə məlumdur. Bütün bu nifrətin nəticəsidir ki, bu gün bir milyondan artıq Azərbaycan vətəndaşları doğma yurd-yuvalarından qovularaq qaçqın həyatı yaşayır.

Əziz Əzizli.

Bunu paylaş: