Mollalar bu dəfə İraqda Türkiyəyə qarşı dini zəmində təxribat törətmək istəyirlər

İraqda yenidən vəziyyət gərginləşib. Son zamanlar şiəyönlü qüvvələr Bağdadda və digər bölgələrdə etiraz aksiyası keçirməkdədirlər. Şiə lideri Müqtəda əs-Sədrin tərəfdarları hökumətin toplandığı binanı ələ keçirmişlər. Problemin isə, İraq əhalisinin çoxluq təşkil etdiyi şiə dini lideri Müqtədanın siyasətdən getdiyi üçün yarandığı deyilir.

Bilirik ki, İraqın şiə lideri İranın orada olan əsas dayaqlarından biridir. Əminliklə demək olar ki, bu ixtişaşların arxasında Tehran Mollaları durur. Burada bir sual ortaya çıxır; niyə İraqda dini zəmində gərginlik artır?

Diqqət yetirsək,  bu günə kimi, İran Mollaları Türkiyənin İraq ərazisində keçirdiyi anti-terror əməliyyatlarına qarşı çıxmaqdadırlar. Elə əsl səbəb də budur ki, rəsmi Tehran İraqda aranı qızışdırmaqla, Bağdadın Ankaraya təsir etməyini istəyir.

Fikir versək,  rəsmi Ankara anti-terror əməliyyatlarına başlayan kimi, ilk öncə Mollalar narahatlıq keçirməyə başladılar. Tehran ilk növbədə İraq liderini Türkiyəyə qarşı qoydu və bundan bir nəticə almayınca, din üzərindən Bağdadı şantaj etməyə başladı. Türkiyə də vəziyyəti bildiyi üçün, əvvəl də, indi də İraq hökumətinə rədd cavabı verdi.

Beləliklə,  Mollalar İraqda aranı dini zəmində qızışdırmaqla, Türkiyəyə qarşı etirazları artırmaq istəyirlər. Lakin anlamırlar ki, bölgədə regional və güclü dövlət Türkiyə olduğundan, bir nəticə əldə edə bilməyəcəklər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın