Mollaların təxribatına Türkiyə – İsrail birliyi cavab verdi

Son vaxtlar Türkiyənin İraqın şimalında apardığı anti-terror əməliyyatları İranı narahat etməyə başlamışdır. Türkiyə terrorçuları zərərsizləşdirdikcə Molla rejiminin narahatlığı özünü büruzə verməyə başlamışdır. Rəsmi Tehran Suriya və İran ərazisindən Türkiyəyə qarşı təzyiqlər etməyə başlamışdır.

Bundan başqa isə, İranı narahat edən İsrail də Suriyanın cənubuna və cənub-şərqinə aktiv zərbələr etməyə başlamışdır. Görünür, Mollalar, Türkiyə İsrail yaxınlaşmasını istəmir. İsrail daxilində fələstinlilərin əli ilə, Suriya və İraq ərazisində isə terrorçuların əli ilə aranı qarışdırmağa başlamışlar.

Bu gün Rusiyanın başı Ukrayna probleminə qarışdığından, İran məkrli siyasətini tək həyata keçirmək istəyirdi. Amma Ankara və Yerusəlim Tehranın məkrli planını pozmalı oldular.

Aldığımız xəbərə görə, İrana Suriya və İraqda yaxın olan terror qruplaşmaları Türkiyə ordusunun olduğu məntəqəyə hava zərbəsi ilə hücum etmişdir.
Nəticədə dörd nəfər əsgər ağır yaralanmış, bir nəfər isə şəhid olmuşdur. Buna cavab olaraq Türkiyə İran hərbi bazalarına cavab olaraq atəş açmışdır və nəticədə onlarla hərbçi məhv edilmişdir. Görünür, Mollalar dünyada baş verənlən hadisələrdən bir nəticə çıxarmamışdır. Əgər vəziyyət belə davam edərsə, Türkiyə İrana qəti şəkildə cavab verəcəkdir. Belə olduğu halda bölgədə böyük fəsadların olmaması qaçılmaz olacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın