Mollaların Azərbaycanda aktivləşməyinin səbəbi İsraildirmi?

Son vaxtlar İran İsrail gərginliyi çoxalmaqdadır. İran uranın zənginləşdirilməsindən əl çəkmək istəmir və İsrail də özünə bunu təhdid kimi görməkdədir.
Fikir versək, Tehran və Yerusəlim müharibəsi bir müddət əvvəl yeni savaşa qədəm qoymuşdur.
İran inadından əl çəkməyincə, İsrail nüvə alimlərini və dövlətin mühüm nümayəndələrini aradan götürməkdədir.

Aldığımız məlumata görə son bir həftə ərzində, İran bir neçə nəfər yüksək rütbəli peşəkar SEPAH- üzvlərini itirmişdir. Rəsmi Tehran isə, bunun əvəzini verəcəyini söyləmişdir.
Bununla bağlı İsrail dövləti Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq etməkdədir. Artıq MİT və MOSSAD-ın keçirdiyi əməliyyat zamanı İran kəşfiyyatına işləyən bir neçə nəfər həbs edilmişdir. Həbs edilənlərin məqsədi isə, Türkiyədə yaşayan İsrail vətəndaşlarını oğurlamaq idi.
Demək olar ki, İsrail hökuməti hər gün İsrail vətəndaşlarına xəbərdarlıq edir.

Əgər fikir versək, İsrail və İran arasındakı gərginlik Azərbaycana da sıçramaqdadır. Buna cavab olaraq Tehran və İrəvanın intensiv görüşlərinin və ölkəmizdə olan İran meyili qüvvələrin aktivləşməsini görürük.

İran tərəfi son zamanlar Azərbaycanda onlara mollalıq edən agentlərini ortaya atmaqla, vəziyyəti gərginləşdirmək istəyir.
Mollalar bununla Yerusəlim və Bakı dostluğuna zərbə vurmaq istəyirlər. Deyə bilərik ki, Mollalar İsraillə müharibəyə bütün bölgə üzərindən hücum etməkdədir. Onlar Türkiyə və Azərbaycanı hədəf seçərək bölgəmizdə İsrailin təsirini zəiflətməyə çalışmaq istəyirlər.
Görünür, son zamanlar Ankara və Yerusəlim yaxınlaşması da Mollaları bərk narahat etməyə başlamışdır.
Sonda, İran geosiyasi siyasəti uduzur və İsrailə qarşı hücumlarını Azərbaycanla Türkiyə üzərindən oynamağa çalışır. Hətta özünü gülünc vəziyyətə salaraq Ermənistanla bizə acıq verməyə çalışır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın