Moldova, Gürcüstan, Ukraynadakı vəziyyət Qarabağda da baş verməkdədir

 

Son günlər Qərblə və Rusiya araslnda vəziyyət gərginləşməkdədir. Amerikanın Rusiyaya yazılı məktubu buna bir sübutdur. Hər kəsə aydındır ki, Qərb Ukrayna məsələsində geri addım atmaq fikrində deyil. Deyə bilərik ki, Putin Amerika və NATO-nun bu cavabını gözləmirdi. Bundan sonra isə, Rusiyanın iki yolu qalır: Ya sülh və ya müharibə .Hər iki qərar Putinə və Rusiyaya böyük zərbə vuracaqdır.

Rusiya isə, vəziyyətdən çıxmaq üçün Tacikistan və Qırğızıstan sərhədlərində süni problemlər yaradır, işğalda saxladığı bəzi dövlətlərin (Ukrayna, Moldova, Gürcüstan) ərazilərində yaşayanlara isə, Rusiya vətəndaşı pasportu verir. Bir sözlə, Putin diqqəti yayındırmağa çalışır.

Putinin bu oyununun Azərbaycana təsiri.

Aldığımız xəbərə görə Azərbaycan və Ermənistan sərhəddində Tovuz rayonu istiqamətində atəşkəs pozulmuşdur.
Hətta Rusiya “sülhməramlılarının” müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında tunel inşa etmək qərarına gəlib.
Ara-sıra isə, bizim torpaqlarda ermənilər üçün humanistlik göstərməyi unutmayıblar.

Görünür, Rusiya Dağlıq Qarabağa da öz koloniyası kimi baxmaqdadır. Ukrayna, Moldova və Gürcüstanda etdiyi vərdişləri Azərbaycan torpaqlarında da etməkdədir.

Məqsəd nədir?
Rusiyanın ilk məqsədi Azərbaycan torpaqlarında daimi məskən salmaqdır, özü də İlham Əliyevin əli ilə. Bu gün işğalçı Rusiyanın Azərbaycan ərazisindəki hazırlığı bir daha sübut edir ki, onlar öz işğalçı niyyətlərindən əl çəkmək fikrində deyillər. Ukrayna, Gürcüstan, Moldova, Qazaxıstanda olduğu kimi Putin hərbçilərini Azərbaycan ərazisində həmişəlik yerləşdirməkdə israrlıdır.

Beləliklə, Qarabağda baş verən proseslər hamısının bir məqsədi olduğunu göstərir. Bizə isə, əsil təhlükə 2024 – cü ildə başlayacaqdır. Təəssüf ki, İlham Əliyev və hakimiyyəti Rusiyanın Qarabağdakı oyunlarına susmaqdadır. Qorxulusu budur ki, torpaqlarımızda yaşayan ermənilər sabah Rusiyanın tərkibində olmaq istədiklərini deyə bilərlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın