Mixail Ulyanov İranı xəyanətdə ittiham etdi

Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov iranlı həmkarına sərt sözlər söyləməklə yadda qalmışdır. O, İranın Rusiyaya qarşı xəyanət etməsini bildirmişdir.

Ulyanov qeyd edib ki, tarix təkrarlanır; siz tərəfdən bizə qarşı təxribatlar və xəyanətlər bitmək bilmir. Eşşək palçıq məsəlini çəkərək baş rolda İranın olduğunu söyləmişdir.

Görünür, son zamanlar İran və Rusiya arasında vəziyyət gərginləşməyə doğru gedir. Söhbət Vyanadakı nüvə danışıqlarından gedir. 5+1 formatında danışıqlar aparan İran hər zaman şahid kimi Rusiyanı yanında daşıyırdı.
Artıq kimin – kimə xəyanət etdiyi bəllidir.

Rusiya heç bir zaman İranın Qərblə barışığını istəməyib. Bu səbəbdən son Vyanadakı danışıqlardan rəsmi Tehran hər şeyi anlamağa başlamışdır.
Ola bilər ki, Qərblə İran arasında Rusiyasız gizli razılıq əldə edilmişdir. Bu səbədən Mixail Ulyanov İranı xəyanətkar və uzunqulaq adlandırmışdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın