Misir Mərdanov: Ramiz Mehdiyev Azərbaycanın gələcəyin bu cür məhv edib

 

Kanalların birində qonaq olan sabiq Təhsil naziri Misir Mərdanov, Ramiz Mehdiyev barəsində hər şeyi açıq şəkildə dedi.

O, Bəxtiyar Hacıyev adlı şəxsin suallarını cavablandırarkən, Ramiz Mehdiyevin həmin şəxsə olan qərəzli mövqeyini qeyd etdi.
Bəxtiyar Hacıyev bir neçə il bundan əvvəl dövlət hesabına xarici ölkələrin birində təhsil almaq üçün müraciət etsə də, ona imtina cavabı verilmişdir.

Misir Mərdanov çıxışı zamanı həmin zamanı Bəxtiyar Hacıyev barəsində Ramiz Mehdiyevə müraciət etdiyini qeyd etdi. Lakin həmin insanın çox savadlı olmasını görən sabiq Prezident Administrasiyasının rəhbəri, onu xaricə təhsil almaq üçün göndərmyəcəyini bildirib

Daha sonra, Misir Mərdanov Ramiz Mehdiyevin bu cür savadlı şəxslərdən qorxduğunu və nə vaxtsa onun yerinə gələcəyinə görə belə addımlar atdığını bildirdi. Əsl niyyət nədir?

Həqiqətən də Misir Mərdanov deyən kimidir?.

Sabiq nazir səbəbə biraz yaxınlaşsa da, tam olaraq niyə belə olduğunu qeyd edə bilməmişdir.
Əslində, Mehdiyev savadlı insanlara qarşı bu addımı atmır, o Azərbaycan xalqının gələcəyini məh etmək üçün bunları edir.
Sabiq AMEA – nın prezidentinin istəyi xalqın arasında olan savadlı gəncləri məhv etməkdir.

Fikir versəniz, Sovetlər Birliyi dövründə xalqımıza qarşı edilən təxribatların davamçısı bu gün Ramiz Mehdiyevdir.
Misir Mərdanovun çıxışı bunu göstərir ki, Ramiz Mehdiyev bu çirkin əməllərini tək Bəxtiyar Hacıyevə qarşı etməyib. Təsəvvür edin, Azərbaycan gəncliyi və gələcəyi “Kreml çocuqları” nın üzündən bu cür məhv edilməkdədir. Bir sözlə, Mehdiyevin xalqımıza qarşı daha bir xainliyi üzə çıxdı, qarşıda nələr olacağını isə zaman göstərəcək.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın