Mirmahmud Mirəlioğlu MGTV- nin qonağı oldu

Dünən Türkiyənin tanınmış aparıcısı və qəzet müxbiri olan Mustafa Gürbüzün MGTV -nin beşinci Kuvvət kanalının qonağı Azərbaycan Xalq Hərəkatının rəhbəri Mirmahmud Mirəlioğlu olmuşdur. Bu müsahibə zamanı Azərbaycanda baş vermiş bir çox məsələlər də müzakirə edilib;Tovuz hadisələrindən sonra Azərbaycan -Rusiya münasibətləri, Türk ordusunun Azərbaycana gəlməsi və sevinclə qarşılanması və. s.
Bu görüşün əsas səbəblərindən biri Azərbaycan Xalq Hərəkatının sürətli şəkildə genişlənməsi və ölməz liderimiz Əbülfəz Elçibəyin Türk birliyi yaradılması ideyasının artıq gerçəkliyə doğru getməsidir.
Xalqın birliyindən narahat olan hakimiyyət hər zaman maneələr törətməklə, AXH-i gözdən salmaq istəyir. Mirmahmud Mirəlioğluna fəxrlə Əbülfəz Elçibəyin təıəbəsi olduğunu söyləməsinə və Elçibəyimizin ideyalarına sadiq qalmasına görə çox minnətdarlığımızı bildiririk bildiririk.
Artıq Türkiyə xalqı Azərbaycan Xalq Hərəkatının siyasi elitada aktivliyini dəstəklədiklərinə görə bir millət , bir dövlət olan Türkiyəmizə minnətdarıq!

Hazırladı; Mikayıl Əsədov.

 

Bunu paylaş: