Mirələmovun oğlu dövlət qurumunun tələblərinə əməl qoymur

 

Hüseynbala Mirələmov, hər kəsə bu ad yaxşı tanışdır. İllərdir məmur olmuş bu şəxsin xalqın sərvətin talıyaraq özünə böyük bizneslər qurmuşdur. “Şixov” çimərliyi deyəndə insanın ilk ağlına, “Min Bir Gecə” restoranı gəlməkdədir. İndi isə keçək mətləbə…
Bir müddət Hüseynbala Mirələmovdan canını qurtaran insanlar, bu dəfə onun oğlu Rauf Mirələmovla problem yaşamalı olmuşlar. Maraqlısı budur ki, Rauf Mirələmovla problem yaşayan qurum isə, İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidmətidir.
Problemin yaranmasına səbəb, Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov, özlərinə məxsus “Min Bir Gecə” restoranının yanındakı, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan torpaq sahəsində qanunsuz tikinti aparmasıdır. Aldığımız xəbərə əsasən İqtisadiyyat Nazirliyi Mirələmovun qanunsuz əməlinə görə Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişdir.

Ölkədəki məmurlar və yaxınları neçə qudurublarsa, dövlət qurumlarının xəbərdarlığına belə məhəl qoymurlar. Bu gün İlham Əliyevin hər yerdə dediyi daxili siyasət göz qabağındadır. Sanki ölkənin yiyəsi yoxdur, hər kəs avtoritetdir. Xatırladaq ki, Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov Xarici İşlər Nazirliyi mühim vəzifəsində çalışır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın