Mirşahindən sərt karantin təklifi

 

Bu günlərdə hakimiyyətin daha bir “quyruq bulayan”ı ictimayi çaşqınlıq yaradıb. Həmin insanı hər kəs gözəl tanıyır o, “ANS” tv-nin hesabına özünü tanıtdıran, indi isə həqiqətləri ört- basdır edərək, sifarişli xəbərlər yayımlayan və “Real tv”nin təsisçisi Mirşahindir. Bu dəfə o, yeni bir göstərişlə ” Operativ qərargah”-ı karantini sərtləşdirməyə çağırır.

Türkiyəni misal göstərərək, vaksinasiyanın məcbur edilməsini təklif edən, beyni tərsinə çalışan  Mirşahinin, görünür, vətəndaşların yaşayış durumundan xəbəri yoxdur. Yox, yox əslində var, sadəcə sifarişlər belədir. Hakimiyyətin əlaltısı olan bu “zurnalist” , özünün gülünc açıqlamaları ilə daima xalqın təhqirinə tuş gəlməyi xoşlayır. İlk öncə onu qeyd edək ki, sərt qapanmalar insanlarda psixoz, nevroz tipli problemlər yaradır və bundan əlavə, ən əsası isə, Azərbaycanda insanların sosial yaşayışları nəzərə alınmalıdır. Ölkəmizdə əhalinin dövlət tərəfindən gəliri olmadığından, insanlar pandemiyanı yox, bir qarın çörəyi düşünür. Ac xalqı neçə evində saxlayasan, əgər ona çörək vermirsənsə?

Bir neçə il bundan əvvəl, Cəlal Əliyevin Milli Məclisdə Mirşahin barəsində dediklərini hələ insanlar anlamırdı. Bu gün o adın Mirşahinə necə yararşdığını görürük. Mirşahinin əsas peşəsi yuxarıda qeyd etdiyimiz kimi, ictimaiyyətə təsir etməkdir. Baxsaq görərik ki, hakimiyyət bu əl oyuncağını önə verərək, diqqəti öz üzərinə yönəltmək istəyir.

Mirşahinə bir peşəkar jurnalist sualı vermək istərdik; kim deyə bilər ki, bu vaksinlər100 faiz nəticə verəcəkdir?
Yaxşı olar ki, “Real TV” rəhbərliyi fikir bildirməmişdən öncə, xalqı düşünərək qərar versin.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: