Mirşahin, sənin adıvı o vaxt veriblər

Son vaxtlar AzərFreedom ailəsinə olan hücumların arxasında hakimiyyətin olması azmış kimi onların „itləri də hürməyə” başlamışdır.Bu hürənlərdən biri də vaxtında Azərbaycanda Cəlal Əliyev tərəfindən qızıl ad almış Mirşahindir. Hər kəsə bəllidir ki, Mirşahinin ipi kimin əlindədir. Əgər Azərbaycan jurnalistlərinin içində belə ləyaqətini satan insanlar varsa, bu millətin vay halına. Jurnalistikanın peşəsi dəqiqlik, sübutlar və faktlar əsasında qurulan bir peşədir. Mirşahin Real TV-si vasitəsi ilə Qurban Məmmədov haqqında yalan informasiya yaymaqla kimlərin etimadını qazanmaq istədiyi bəllidir. Mirşahin və Real TV, əgər siz düzgün deyirsinizsə elə öz kanalınız vasitəsi ilə Qurban bəy haqda fakt və sübutlar ortaya qoyun.
Xalq çox gözəl bilir ki, kim kimlərə, kimlər isə hansı kimlərə bağlıdır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: