Minsk qrupu yenə ara qarışdırır

 

Minsk qrupunun Amerikalı təmsilçisi Uorlik, bu günkü açıqlamasında “Qarabağ məsələsinin” sülh yolu ilə həlli planının ortada olduğunu vurğulayaraq.bu planın şərtlərini uzun illər boyu müzakirə etdiklərini söyləyərək vurğulayıb ki, məsələ elə həll olunmalıdır ki, qalib və məğlub tərəf olmasın. Yəni hər iki tərəf güzəştlərə getməlidir. O, həmçinin erməni və azərbaycanlıların uzun müddət burada birlikdə yaşamalarını, ancaq son illərdə ayrı düşdüklərini və s.vurğulayır… Beləliklə, yenə ikibaşlı fikirlər səsləndirilmişdir, ancaq bu səfər Uorlikin dili ilə. Qarabağ məsələsində “qalib” və “məğlub” tərəflər axı niyə olmalıdır? Bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır, ermənilər də 180 ildir Çar Rusiyasının müstəmləkəçilik siyasətinə uyğun olaraq xarici ölkələrdən buraya köçürülmüşlər. Azərbaycan dövləti də həmişə onların hüquqlarını layiqincə qorumuş, onları öz xalqından seçməmişdir. Ancaq “böyük ermənistan” qurmaq, “dənizdən-dənizə” dövlət yaratmaq xülyasında olan ermənilər seperatçılıq edib, Ermənistan dövlətinin birbaşa dəstəyi və iştirakı ilə bu torpaqlarda yaşayan azərbaycanlıları öz doğma yurd yuvalarından didərgin salıb, deportasiya ediblərsə, Dağlıq Qarabağı və onun ətrafındakı 8 rayonu (Şuşa hələ 90-cı illərdə Dağlıq Qarabağın tərkibindən qanuni yolla çıxmışdı) öz sahibinə və aboregeninə qaytarmaq nə zamandan “qalib” və “məğlub” tərəflər yaradır? Bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur və bütün beynəlxalq birlikdə bu hüququ tanıyıblar.

İndi torpaqlar işğaldan azad edilir, Azərbaycana qaytarılır. Bununla da itmiş ədalət bərpa olur. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan dövlətinin həmin ərazilərdə suverenliyini tanıyarsa və Konstitusiyamızı qəbul edərlərsə, onda onlar da Azərbaycanın digər vətəndaşları kimi orada və Azərbaycanın istədikləri digər ərazilərində buyurub yaşaya bilər və bütün yerli idarəçilik hüquqlarına da sahib ola bilərlər. Burada daha “qalib” ya “məğlub” tərəf axtarmağa ehtiyac yoxdur. Ermənilər çoxdan, hələ 70-80 il bundan oncə əsassız olaraq, həm də birtərəfli qaydada, imperialist qüvvələrin dəstəyi ilə “qalib” olub, Azərbaycanın əbədi və əzəli torpaqlarında Ermənistan adlandırdıqları dövləti qurublar. Daha bundan artıq “qalib” mi olar? Yoxsa ermənilər bu Minsk qrupunun dəstəyinə güvənib yeni bir dövlətmi qurmaq, yaxud müstəqilliyə bərabər hüquqlar əldə etmək istəyirlər…Yox, nə qədər ki, onlar bu xülyada olsalar Qarabağ məsələsini sülh yolu ilə həll etmək olmayacaq. Uorliklər və onlar kimi düşünənlər qoy bilsinlər ki,onlar bu cür siyasət aparsalar onda sözü onlar yox, Azərbaycan ordusu deyəcək və sözün həqiqi mənasında Qarabağa, Zəngəzura əbədi sülh gətirəcəkdir…Qoy Minsk üçlüyü öz xəbis niyyətlərindən kənara çəkilsinlər, onda “uzun müddət biri-birindən ayrı düşmüş” ermənilərlə azərbaycanlılar Azərbaycan dövlətinin tərkibində yenə bir araya gəlib dinc şəraitdə,sülh şəraitində və dostcasına, bir-birinə hörmət şəraitində birgə yaşayarlar. Öncələrdəki münasibətlər də yenidən qurular. Əgər Rusiya, Amerika, Qərb bu məsələyə burnunu soxmasaydı heç ermənilərlə azərbaycanlılar arasında bu düşmənçilik də yaranmayacaqdı. Odur ki, cənablar nə qədər gec deyil o iri burnunuzu ermənilərin iyli yerindən geri çəkin, qoy bölgəyə sülh gəlsin, yenə bu iki xalq dinc, sülh şəraitində birgə yaşasınlar….

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın