Minsk qrupu bizdən “küsüb”

 

İyul ayının 8 – 9 – da xarici ölkələrin Azərbaycanda olan diplomatik korpusu işğaldan azad edilmiş Fizuli rayonu və Şuşa şəhərində olmuşlar. Ukraynanın Azərbaycandakı səfiri bu səfər barədə olan sevincini sosial şəbəkələrdə paylaşmışdır. Ermənilər Ukrayna səfirinin bu hərəkətinə qəzəblənmiş və öz qəzəblərini Rusiyanın Krımı işğalına bəraət qazandırmaqla bildirmişlər.
Maraqlıdır ki, Rusiyanın, Fransanın və Amerikanın səfirləri bu səfərdə iştirak etməmişlər.
Azərbaycanın keçmiş xarici işlər naziri T. Zülfüqarov Minsk qrupunun həmsədrləri olan bu üç dövlətin hərəkətlərini pisləyib və onları bir daha ölkədə olan başqa tədbirlərə də dəvət etməməyi, yəni onları baykot etməyi məsləhət görüb. Bildiyimiz kimi, Minsk qrupu dövlətləri ötən 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün heç bir iş görməmiş, əksinə işğalın uzadılması üçün əlindən gələni etmişlər.

Azərbaycan xalqı şəhidlər verərək öz torpaqlarını işğaldan azad etməsi isə bu “neytral”, “demokratik” dövlətlərə sərf etmirmiş ( görün taleyimizi kimlərə ümid etmişik və bu qrupun fəaliyyətinə bu 30 ildə nə qədər pullar xərclənib, İLAHİ)
Beləliklə, münaqişənin həllinə keçən 30 il ərzində heç bir töhfə vermədiyi üçün ATƏT – in Minsk qrupundan imtina edilməlidir.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın