Minalanma xəritəsini əldə etdik..ancaq..

 

Ermənistan Ağdamda basdırdığı mina xəritəsini Azərbaycan tərəfinə təqdim edib. Xəritədə 97 min tank və piyada əleyhinə mina əks olunub. Xəritə müqabilində isə saxlanılan 15 erməninin Azərbaycan – Gürcüstan sərhəddində, Gürcüstan nümayəndələrinin iştirakı ilə qaytarılması baş tutub.
Maraqlı məqamlardan biri odur ki, Ermənistan tərəfi sadəcə Ağdama görə xəritəni təqdim etmişdir. Digər işğal altından azad edilmiş torpaqların, minalanmış ərazilərin xəritəsi nə zaman əldə olunacaq?.

İlham Əliyev necə sülh müqaviləsinə imza atıb ki, qalib tərəf kimi, Azərbaycanı sayan yoxdur?

1)Sərhəddimiz geri qaytarılmayıb.
2)Xankəndinə hər həftə icazəsiz rəsmi ermənilər gəlməkdədir.
3) Ermənistan ordusu hələ də bizim torpaqlarda qalmaqdadır.
4) Zəngəzur məsələsi gecikməkdədir.
5) Minalanmış ərazilərin xəritəsini ala bilmirik.

Hərdən Ali Baş komandan İlham Əliyev: ” Məğlub etdik, biz qalib gəldik”,- kimi suarlar səsləndirməkdədir. Bəli, biz mərd əsgərlərimizin sayəsində qalib gəldik, lakin 10 noyabr bəyannaməsində hələ də qalib kimi görünmürük.

Görünür, bu mina xəritələrinin arxasında yeni siyasi oyun başlayır..Bu dəfə görək İlham Əliyev hansı lazımsız bəyanatlara imsa atacaqdır?

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın