Mina axtaranlarımız etiraz edir

 

Hörmətli oxucular, bilirsiniz ki, dünyanın ən təhlükəli peşələrindən biri, “mina” təmizləməkdir. Azad edilmiş torpaqlarımızda fəaliyyət göstərən yerli ANAMA işçilərindən şikayətlər gəlməyə başlamışdır.

ANAMA əməkdaşının haqlı şikayəti əsasında alınan məlumata görə, çalışdıqları ağır iş şəraitindən dolayı narazılıqlarını bildiriblər. Adının çəkilməsini istəməyən ANAMA əməkdaşları ilk öncə əmək haqlarından şikayət ediblər. Onların bildirdiyinə görə,eyni işi görən yerli və əcnəbi vətəndaşların əməkhaqları arasında çox böyük fərq var.

Yerli mina axtaranların aylıq məvacibi, 600-650 manat olduğu halda, əcnəbi vətəndaşların əmək haqqı 1600 dollar civarındadır. Təbii ki, bu da haqsızlıqdır, hakimiyyətin çoxdankı siyasətidir. Eyni işi görən digər əcnəbi vətəndaşların, yerli minaaxtaranlardan fərqi nədir ki?Ölümü göz önünə alaraq, canını təhlükəyə atan vətəndaşlarımıza verilən dəyər budurmu?

Bu problemin bir tərəfi olsa da digər tərəfi də vardır. Problemin
digər tərəfi isə minaxtaranların rəhbərlikdən də şikayətçi olmalarıdır. Narazı olan əməkdaşları birbaşa Hadruta göndərməklə cəzalandırırlar. Qaydalara uyğun olaraq, məsafə həddi 100 kvadrat km-dən yuxarı olduqda, əlavə ödəniş verilməli olduğu halda da, bunu da rəhbərlik nəzərə almır. Əvəzində isə agentliyin rəhbəri bu kimi vəziyyətlərə pul xərclədiyini hesabata qeyd edərək, külli miqdarda büdcədən pullar mənimsəyir.
Görünür,agentlik üçün insan həyatı əsas amillərdən biri hesab olunmur. Odur ki, aidiyyəti qurumların (hakimiyyətdən) adı çəkilən qurum haqda ölçü götürməsi gərəkdir..

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın