Milyardlar dəyərində olan lazımsız rus silahları utilizasiya edilir

Müdafiə Nazirliyi yaydığı məlumatda son zamanlar bəzi poliqonlardan gələn səslərə aydınlıq gətirilmişdir. MN-nin mətbuat katibliyi qeyd edir ki, partlayış səslərindən narahat olmağa dəyməz, Azərbaycan ordusu silahların utilizasiyasını aparmaqdadır. Yəni köhnə və zamanı keçmiş silahlar zərərsizləşdirilməkdədir.

Bir aydan çoxdur ki, tək Bakı şəhəri yaxınlığında deyil, demək olar ki, cəhbə bölgəsindəki rayonların yaxınlığında da partlayış səsləri eşidilməkdədir.
Demək olar ki, müharibədən sonra Azərbaycan tərəfi tez-tez utilizasiya işlərini həyata keçirməyə başlamışdır.

Görünür, illərdir ki, ölkəmiz Rusiyadan külli miqdarda silah almışdır. Demək olar ki, illik silah büdcəmizin 50-60 faizi şimal qonşularımıza xərclənməkdə idi…

Niyə xərclənməkdə idi sualına indi cavab verəcəyik:
Qarabağda baş vermiş 44 günlük müharibə zamanı fikir verdinizsə, ordumuzun istifadə etdiyi silahların 80 faizi digər xarici dövlətlərin payına düşürdü – Türkiyə, İsrail, Çin, Qərb ölkələri və Amerikanın. Müharibə zamanında çəkilmiş videolentlərdən bunu aydın görmək olar.

Sonda demək istəyirik ki, son vaxtlar Azərbaycan ordusunun keçirdiyi utilizasiya işlərində Rusiyadan alınmış silahlardan istifadə olunmaqdadır. Azərbaycan illərdir şimal qonşumuzdan milyardlarla dəyərində aldığı silahları bu gün özü lazımsız əşya kimi məhv etməkdədir. Dəfələrlə qey etdiyimiz kimi, Rusiya ölkəmizə hər zaman lazımsız silahlar satmaqda idi. Bu gün İlham Əliyevin siyasəti nəticəsində, milyardlarla dollar xərclədiyimiz lazımsız rus silahlarını utilizasiya etməyə məcburuq. Çünki bu silahıar da, İlham Əliyevin siyasəti kimi döyüşlərə yararsızdır!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın