Milli Qəhrəmanımız şəhid Polad Həşimovun anası, hakimiyyətə etiraz etdi

 

Hörmətli Azərbaycan xalqı, bildiyiniz kimi yanvar ayının 2-də, Şəhid Milli Qəhrəmanımız Polad Həşimovun doğum günü idi. Bununla bağlı Şəhid Milli Qəhrəmanımızın məzarı ziyarət olunmuşdur. Polad Həşimov sağ qalsaydı, 47 yaşını qeyd edəcəkdi.

Lakin daxildə olan satqınlar buna izn vermədilər. Nəticədə 14, 06,2020-ci ildə baş vermiş Tovuz hadisələrində Şəhidlik zirvəsinə ucalmış oldu.
Milli Qəhrəmanımız Pold Həşimovun anası, bu gün hakimiyyətdə olan xainlərə də, etiraz etdi. Hətta, bu hakimiyyətin iç üzünü ortaya qoymuş oldu.
Şəhid Milli Qəhrəmanımızın anası məharətlə öz etirazını bildirərək, oğlunun ölümündə kimlərin əli olduğunu ictimaiyyətə bildirmiş oldu.

Sosial şəbəkələrdə yayılmış bu video lardan sonra, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyevdən cavab geçikmədi. O, “kimlərinsə sübutu varsa bizə göstərsin” ,- deyərək, jurnalistlər qarşısında çıxış etdi.
Hər kəs bilir ki, xain hadisənin şahidləri belə nəsə sübut etmək gücündə deyillər. Kərim Vəliyev bilir ki, belə məsələdə onun sualı cavabsız qalacaqdır.

Məsələ burasındadır ki, İlham Əliyevin komandasında olan xainlər, Rusiya (KQB) Dövlət Təhlükəsizlik Xidmətinin məktəbini keçənlərdir. Onların gördüyü işlər isə, səhvsiz və sübutsuz olur. Bu səbəbdən Kərim Vəliyev əminliklə sübutlar axtarmaqdadır.

Deyə bilərik ki, Polad Həşimovun ölümü bütün Azərbaycan xalqını sarsıtdı. O, tək-tük generallardan idi ki, əsgərini, vətənini, xalqını özündən çox sevirdi. Şəhid Milli Qəhrəmanımız Polad Həşimova Allahdan rəhmət diləyir, məkanı cənnət olsun deyirik.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın