“Milli Mətbuat Günü”

Bu gün Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Bizim Milli Mətbuatımızın yaranması 1875 -ci ildə Həsən bəy Zərdabinin„Əkinçi”qəzetinin ilk nəşri ile başladi. Qəzetde bir çox maarifləndirici məqaleler öz əksini tapmışdır. 1877 -ci ildə bağlanan qəzetdən sonra ancaq rus dilində qəzetlərin nəşr olunması,hemin dövrdə de Rus Çarinin xalqimizi əsaret altında saxlamaq üçün atılmış addımlardan biri olmuşdur.
Çox təssüf ki, indiki vaxtda da Milli Metbuatımız o dovrlerdeki kimi azad deyil.
Demokratik Respublika olmağımıza baxmayaraq jurnalistlerimizin heç bir azad söz haqqı yoxdur. Son zamanlarda jurnalistlere edilen tezyiqler , həbs edilən yüzlərlə jurnalistlər və sui-qəsd edilən Elmar Hüseynov, daha sonra Rafiq Tağı buna sübutdur. Bu jurnalistlərə edilən qəsd əslində azad sözə, azad fikrə olan qəsddir.
Jurnalistlərimiz bu günü necə qeyd etsinlər. Axı bu günkü gün söz azadlığının boğaraq öldürdükləri gündü. Çox təəsüf ki, İndiki hakimiyyət söz azadlığına imkan vermir.
Azad olmağ budusa, biz bu azadlığın sözü boğazında düyümlənən məhkumlarıyıq.

Bunu paylaş: