Milli Məclis narkotiki leqallaşdırır?

Azərbaycan Milli Məclisi 3 – cü oxunuşda yeni bir qanun qəbul etmişdir. Demək olar ki, bu qanun narkotikin leqallaşdırılmasına xidmət edir.
Qanunda deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi güdmədən çox az normada, hazırlanması, daşınması, göndərilməsinə görə kimsə məsuliyyətə cəlb edilməyəcək.
Beləliklə, Azərbaycan Milli Məclisinin verdiyi qərar birbaşa xalqımızın məhvini sürətləndirəçəkdir.

Bilirik ki, ölkəmizdə bu gün gənc və orta nəsli zəhərləmək üçün çox güclü narkotik təşviqat aparılmaqdadır. Yeni qanun açıq şəkildə narkomanlara narkotik rahatçılığı verməkdədir.

Hakimiyyət bu qanunu tətbiq etmək üçün bəlkə də ölkəmizi Niderland Krallığına bənzətmək istəyir. Lakin yuxarıda oturanlar anlamır ki, Niderlandda narkotik qəbulu ölkənin xoşbəxtliyi naminədir. Yəni ölkə əhalisi yaşayış tərzinə görə xoşbəxt ölkələr sırasında olduğundan, bu durumu daha da yüksəltmək üçün bəzi yüngül ( yüngül səviyyədə marixuana) narkotik maddələrin qəbuluna icazə verilmişdir.

Azərbaycanda bu qanun cinayətləri, narkomanları, ailə daxili problemləri artıracaqdır. Bununla da ölkəmizdə narkomanların sayı artacaqdır. Bu vəziyyət yuxarıdakıların işinə yarayır. İlham Əliyev və hakimiyyəti xalqımızı pis vərdişlərdən asılı saxlamaqla krallığının ömrünü uzatmağa, çalışacaqdır!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın