“Milli Məclis” in kasıb vəkilləri.

“Kasıb” Millət vəkillərinə dünən Qurban bayramı münasibəti ilə 549 manat pul verilib. Xalqa verilən 190 manatı bəhanələr gətirərək vaxtında ödəyə bilməyən hakimiyyət, niyə heç bir iş görməyən, xalqın pulunu oğurlayıb talan edən, ən yüksək maaşı alan Millət vəkillərinə bu qədər pul ödəyir?
125 Millət vəkilinə ödənən pul 68.625 manat edir, bu pulla mükəmməl səviyyədə, gələcəkdə vətənə xeyrli olan 4 tələbə oxutmaq olar. Bəlkə Millət vəkillərinə 190 manat ödəyək çünki, imkanları yoxdur.
Burda bir xalq deyimi yadıma düşdü:
-Ey hakimiyyət, utanmasan oynamağa nə var ki…

İmza; Mikayıl Əsədov