Milli kök, dil, din bağlılığı olan ukraynalılarla, belaruslarla o cür rəftar edən dövlət bizə nələr etməz?!

Hörmətli izləyicilər biraz yaxin keçmişe dönək, 2003-cü ildə Belarusa səfər etmişdim. Bu ölkənin şəhər, qəsəbə, kəndlərində siyasətçilər, QHT nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri, tarixçilər, kommunistlər, demokratlar, vətənpərvərlər, pravoslavlar, katoliklər və nəhayət, azsaylı müsəlmanlarla söhbətlərim, folkloruyla, yaxın-uzaq tarixdən xəbər verən abidələriylə tanışlığım Belarus barədə təsəvvürlərimi alt-üst eləmişdi. Səfər sonunda dərk etmişdim ki, Belarus xalqını bizə səhv təqdim ediblər. Sən demə, kitablar, filmlər, eşitdiklərim və əvvəlki qısamüddətli səfərlərdə gördüklərim bu xalq haqqında əsl həqiqətləri sanki Belarusun bataqlıqları kimi ilim-ilim itirməyə xidmət edirmiş. Həqiqət görünənlərin astar üzündəymiş. O səfər təəssüratlarımdan “Ağ Rusiyanın qara taleyi” adlı yazı ərsəyə gəldi. Yazı ruscaya da çevrildi. Belarusun vətənpərvərləri onu dərc etdilər, yaydılar. O yazını şərhdə verirəm, əsl Belarus xalqını tanımaq istəsəniz oxuyarsınız.

Bu gün Belarus prezident seçkisi ərəfəsindədir. Ölkə çalxalanır, ciddi hadisələr baş verir. Niyə bu gün Belarusdan söz açdım, o yazını xatırladım? İstərdim Rusiyanı qibləgahı sayan bizim “rusca düşünənlərimiz” Rusiyanın ən sadiq müttəfiqi Belarusla davranışına baxsınlar, nəticə çıxarsınlar.

Rusiyadan hələ heç bir xalqın siyasətçisi sonacan xeyir görməyib, heç bir xalq Rusiya ilə münasibətdə xoşbəxtlik tapmayıb! Milli kök, dil, din bağlılığı olan ukraynalılarla, belaruslarla o cür rəftar edən dövlət bizə nələr etməz?!

İmza;Vahid Qazi.

Bunu paylaş: