Milli dövlət qurmalıyıq

 

İlham Əliyevin hər dəfə bəlağətli çıxışından sonra ehtiyat edirəm ki, nəsə işlər yaxşı getmədiyindən xalqa ( kütləyə) nəyisə “sırımaq” istəyir. Qubadlının Xanlıq kəndində Milli Ordunun əsgərləri qarşısında İ. Əliyevin alovlu çıxışına, Hüriyyət TV nin ekranından ADP nin sədr müavini hörmətli T. Əliyevin bir məlumatı “soyuq su səpdi. ”
Məlum olur ki, pandemiyanın tüğyan etdiyi, camaatın SMS – lə evdən çölə çıxdığı bir vaxtda İ. Əliyevin yüksək vəzifə və orden verdiyi Zahid Orucun təşkilatçılığı ilə Azərbaycanda “sorğu” keçirilib və guya xalq, Rusiya sülhməramlılarının Azərbaycanda qalmasını təqdir edib. Həmin xəbərə tamaşaçıların verdiyi reaksiyadan məlum oldu ki, əhalinin 99% bu xəbərə nəinki mənfi, hətta Z. Orucun ünvanına təhqir və söyüşlə reaksiya verdi.
Bu, əlbəttə ki, Z. Orucun dili ilə İ. Əliyevin bu xalqın əsəbləri ilə oynamasıdır.
Türkiyə ordusunun Azərbaycana gəlməsini hər vəchlə, Rusiyanın sifarişi ilə ( görünür İ. Əliyevə də sərf eləmir) ləngidən hakimiyyət, Rusiyanın Qarabağda tam nəzarətsiz özbaşınalığına heç bir reaksiya vermir.
İ. Əliyev bu xalq ilə “siçan – pişik” oynayır. Bu oyunların axırı İ. Əliyev və Zahid Oruclar üçün yaxşı olmayacaq.
Azərbaycanda tez bir zamanda Milli dövlət qurmalıyıq və bu Rusiya agentlərini Bakıdan təmizləməliyik.


Onda Qarabağdan arxayın ola bilərik ki, Azərbaycan xalqının güvəndiyi bir qurum onun suverenliyinə heç vaxt qəsd etməyəcək. İ. Əliyevin Putin ilə nə danışdığını, hansı şərtlərlə razlıaşdığını, Putinin əlində bu hakimiyyətə qarşı hansı təsir rıçaqlarının olduğunu biz bilmirik. Heç olmasa, bir legitim Milli Məclisin olması lazımdır ki, həm xalqın sözünü desin, həm də İ. Əliyevin də manevr etmək imkanlarını artırsın. Təsəvvür edin ki, Azərbaycanda legitim MM olsaydı, Rusiya qoşunlarının Azərbaycana gəlməsinin qanunvericilikdə nəzərdə tutulmadığını əldə rəhbər tutaraq müqavimət göstərərdi və ən azı ləngidərdi. Həmin vaxtda Azərbaycan ordusu Xankəndini də nəzarətə götürürdü. Legitim Milli Məclis olmasa, biz daim iki cəbhədə mübarizə aparmalı olacağıq – həm xaricdə düşmənlə, həm də daxildə satqınlarla.

Şahin Sirvanlı

Bunu paylaş: