“Millət” vəkili xalqı təhqir etdi

 

Hörmətli oxucular, sizlərə bu gün xalqımızı təhqir edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatından söhbət açmaq istəyirəm. “Ünsür sənsən, sənin dədəndi”,- bu sözlərimi Milli olmayan Məclisin deputatı Etibar Əliyevə ünvanlayıram. Etibar Əliyev xalq arasında nüfuzu olmayan, millət tərəfindən seçilməyən, mal mülk, toxunulmazlıq naminə “kreslo” dan yapışan və hər bir cəhətdən İlham Əliyevə yaltaqlanan bir məxluqdur. Bu məxluq açıq şəkildə xalqımızı təhqir edir. Ey millətim, görün nə günə qalmışıq ki, hər stulda oturan özünü padşah kimi sayır. Ölkədə rezonansa səbəb olan məsələyə aydınlıq gətirmək, xalqa məlumat vermək əvəzinə, ağzının hörrəsini dağıdan bu mənəviyyatsız məxluq necə olur ki, Millət Vəkili seçilir? Bu tip insanlar xalq tərəfindən deyil, yalnız hakimiyyət tərəfindən bilərəkdən seçilir ki, milləti belə alçaltsın.

Deputat olduğu vaxtdan yalnız xalqı aşağılayır. Bu tip insanlar Parlamentdə oturub, vətəndaşların hüququnu qorumaq, güzəranını yaxşılaşdırmaq üçün heç bir iş görməyiblər.121 deputatdan (125 deyil) seçilmək üçün ortaya atılan bu biədəb, öz aləmində sanki hər kəsdən üstündür. Müharibə bitdikdən sonra hərbçilərin maaşlarının azaldılması fikirlərini əsassız sayan deputatlardan biri də həmin Etibar Əliyevdir. Bu məxluq hərbçilərin maaşlarının endirilməsinə qarşı çıxan insanları, ünsür adlandırıb və gündəmdə olan maaş azlığı barədə MM-də söz getmədiyi ilə bağlı açıqlama da verib.

Əslində, Etibar Əliyev, parlamentdə bununla bağlı danışıq getməməyi, sizin hərbçilərimizə nə cür hörmət və sayqı göstərmənizdən irəli gəlir. Bunu xalq deyil, məhz siz nəzarətdə saxlamalı idiniz və etiraz olaraq məvaciblərini azaltmaq yox, əksinə yüksətmək üçün çapalamalı idiniz. Buna nail ola bilməmisizsə, “kreslo” nu təhvil verin. Bugünkü gün deputatlar “kreslo” larında rahat oturduğuna görə əsgər və Şəhidlərimizə minnətdar olmalıdırlar. Təəssüf ki, dünyada deputatlar xalqa xidmət etmək üçün seçilsələr də, Azərbaycanda bu, əksinədir. Azərbaycan dövlətinin hərbçilərə olan münasibətindən isə heç danışmaq istəməzdim. Hər şey göz qabağındadır.

Sizdən tələbim isə xalqdan üzr istəməyiniz və MM üzvlüyündən imtina etmənizdir. Xalqın sizin kimi ağız danışığını bilməyən, savadsız və tapşırıqla seçilən deputata ehtiyacı yoxdur…

Rəşad Şıxəliyev.

Bunu paylaş: