“Millət Vəkili” kənd camahatı tərəfindən qovuldu

 

Aldığımız xəbərə əsasən 81 saylı Beyləqan seçki dairəsindən seçilmiş Millət Vəkili Şahin İsmayılov, seçiciləri ilə görüşü zamanı biabırçılıq baş vermişdir. Belə ki, seçiciləri millət vəkilinə “haqlı” olaraq iradlar bildirmişdilər. Biabır olan millət vəkili hadisə yerini tərk etmişdir.
İnsanlar haqlı olaraq “millət vəkilləri” nə iradlar bildirirlər. Harınlanmış milli məclisin deputatları yalnız özlərini fikirləşirlər. Millətin problemlərin həll etməkdənsə, özlərinin gələcək sərvət, var- dölət problemlərin həll edirlər.

Müqayisə üçün deyə bilərik ki, bu günə kimi əhali heç vaxt millət vəkillərindən razı olmamışdır. Bu səbəbdən, Şahin İsmayılovun başına gələn bu kimi digər hadisələrdən, dəfələrlə başqa deputatların seçicilərlə görüşündə də şahid olmuşuq.

Bu məsələnin başlanğıcı, İlham Əliyevin ölkədə yaratdığı korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı kimi siyasətdən başlamaqdadır. Milli Məclisin deputatları sifarişlə seçildikləri üçün, hər zaman xalq və məmurlar arasında bu cür problemlər olacaqdır. Deputatlar rüşvət və sifarişlə seçildikləri üçün, xalqı yox özlərin düşünməkdədirlər. Buda ölkədə korrupsiya, rüşvət, məmur özbaşınalığının türyan etməsinə sebeb olur.

 

Bu cür qanunsuzluğu aradan qaldırmaq üçün, azad və demokratik seçki qurmaq lazımdır. Bunu etmək üçün isə “xalq olaraq” demokratik prezident seçməliyik. Hələlik isə çox təəssüf ki, İlham Əliyev və məmurları ölkədə hökmranlıq etməkdədir. Bunlardan biri də, Şahin İsmayılov kimlərdir.

Mikayıl Əsədov.

Bunu paylaş: