Mikayel Minasyan: Paşinyan Əliyev görüşü ərəfəsində Ermənistanın MTX rəhbəri Azərbaycanda gizli səfərdədir

 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Ermənistan Baş Naziri və Azərbaycan prezidentinin yaxınlaşan görüşü ərəfəsində Azərbaycana gizli səfər etmişdir. Bu barədə Ermənistanın Müqəddəs Taxtdakı keçmiş səfiri Mikayel Manisyan bildirib:”Moskvadaki görüsdən sonra Milli Təhlükəsizlik Xidmətinin(NSS) direktoru Armen  Abazyan ,azərbaycanlı həmkarı Əli Nağıyev və Nikol hokümətinin Azərbaycan tərəfi ilə əlaqəsi olan bir sıra şübhəli şəxslərlə birlikdə gizli səkildə Bakıya göndərildi.

Paşinyan -Əliyev görüşü 11 yanvar tarixində idi”,- deyə teleqramda yazmışdır. “Milli Təhlükəsizlik Xidmətinin direktoru da daxil olmaqla Nikol Paşinyanın bütün tərəfdarlarına xatırladım ki, sənin idarəçiliyin nəticəsində vətənimizi itirdik. Sizin avantürizminiz nəticəsində minlərlə vətənpərvər öldürüldü və Bakıda saxlanılan əsgərlərimiz, imzaladığımız biabırçı kapitulyasiya barədə razılaşmadan iki ay sonra da bizə qaytarılmır. Cəhənnəmdə yanın şərəfsizlər!”,- Manisyan yazmışdır.

 

Bunu paylaş: