Mikayıl Cabbarov xalqı aldadır

 

Bu ilin birinci rübündə Azərbaycan dövlət büdcəsindən 211 milyon manat vergi rüsumu ödənilmişdir. Bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov mətbuata açıqlama vermişdir. Cabbarovun açıqlaması hər kəsi güldürmüşdür. Nazir bildirmişdir ki, keçən ilə baxanda, bu ilin birinci rübündə vergi ödəmələri 5 faiz artmışdır.

Hesablamalarımıza görə dövlət büdcəsinə illik vergi ödəmələrinin məbləği 1 milyar manata yaxın olmuşdur. Mikayil Cabbarovun bu qeydləri ağ yalan olduğunu deyə bilərik. Yalnız Azərbaycan “hakimiyyəti” nin, bu ilin birinci rübündən neft-qaz gəlirləri 7 milyard manatdan çox olmuşdur. Yalnız neft-qaz gəlirinin 7 faizini hesablasaq yetərlidir. Burda hələlik ən aşağı vergi faizi ilə hesab edirik, yəni (Əlavə Dəyər Vergisin) ƏDV bura qatmırıq. Bundan əlavə daxili vergiləri, gömrük vergilərin və.s kimi vergiləri əlavə etsək görərik ki, Mikayıl Cabbarovun dediyi rəqəmlər real rəqəmlərdən dəfələrlə aşağıdır.

İnandırım sizi Azərbaycanda tək bir rayondan yığılan vergi rüsumları 200 milyon manatdan yuxarıdır. Bununlada İqtisadiyyat Naziri Mikayıl Cabbarovun, dövlət büdcəsinə ödənilmiş vergi rəqəmləri dəfələrlə azaldıldığının şahidi olduq. Bununlada ölkənin gəlirləri ustalıqla xalqdan belə oğurlanır.

Mikayıl Əsədov.

Bunu paylaş: