Miçotakis Türkiyəni niyə müdafiə etdi?

Yunanıstan Baş Naziri Kiriakos Miçotakis NATO toplantısından qayıdan kimi, Türkiyəni dəstəkləyəcək bəyanat vermişdir. O, Türkiyənin terrorizmdən dolayı ağır bədəl ödədiyini və bu barədə rəsmi Ankaranın mövqeyinin haqlı olduğunu qeyd etdi. Kiriakosun bu açıqlaması sanki qardaş ölkəyə qarşı bir ismarıc kimi də dəyərləndirilə bilər.

Yunanıstanın son vaxtlar etdiyi təxribatların peşmançılığı öz bəhrəsini verdiyini düşünə bilərik. Rəsmi Afina anladı ki, bölgədə, ümumiyyətlə, dünyada geopolitik siyasətdə Türkiyə ilə hesablaşma bitməyəcəkdir. Bu səbəbdən yunan baş nazir qardaş ölkəni dəstəkləməklə yenidən danışıqlar masasına oturmaq istədiyini bildirmək istəyir.

Miçotakisin Amerika Senatorluğundakı Türkiyə əlehinə etdiyi çıxışdan sonra, Rəcəb Tayyib Ərdoğan Yunanıstanla diplomatik əlaqələrin dayandırılması əmrini vermişdi.

Hələlik Türkiyə yunan Baş Nazirinin bu jestinə cavab verməyib. İnanırıq ki, yaxın zamanda iki NATO müttəfiqi arasındakı soyuqluq aradan qalxacaqdır. Təbii ki, vəziyyətin bu cür davam etməsi Alyansın işinə mənfi təsir göstərməkdədir. Bir sözlə, yaxın zamanda iki qonşu ölkənin arasında buzların əriyəcəyinə inanırıq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın