“Meta” qrup Azərbaycan hakimiyyətinin əməllərinə görə bəyanat yaydı

Aprel ayının əvvəllərində “Meta” (keçmiş Facebook) şirkəti Azərbaycanla bağlı hesabat təqdim etmişdir. Metanın verdiyi məlumata görə Azərbaycan Xüsusi Xidmət Orqanlarına məxsus CİB troll şəbəkəsi ləğv edilmişdir. Bu şəbəkə ölkə daxilində və xaricində fəaliyyət göstərən siyasi fəallara qarşı istifadə olunmaqda idi. Hakimiyyət CİB proqram vasitəsi ilə siyasi fəalların fəaliyyətini izləyir və onların şəxsi səfərlərinə müdaxilə edirdi.

Meta şirkətinin bu hesabatına Daxili İşlər Nazirliyindən cavab gəlmişdir. Cavab isə hərzamankı kimi təkzib edilməkdir.
Bilirik ki, Azərbaycan hakimiyyəti xaricidə və ölkə daxilində olan siyasi fəalları qarabaqara izləməkdədir.

Hakimiyyətin bu gün çıxıb “Meta” qrupunun bəyanatını təkzib etməsi gülüş doğurur. Ən azından “Facebook” kimi sosial şəbəkə sahibi CİB – troll izləmə proqramının haradan gəldiyini bilir.

Azərbaycanda İlham Əliyev hakimiyyətinin yürütdüyü siyasət nəticəsində ölkə daxilində demokratiya, insan haqları, söz azadlığı sıfıra enmişdir. Ölkə diktaturasınıni sosial şəbəkələrdən bu qədər qorxması da aydın məsələdir.
İnsanların şəxsilərinə qarşı müdaxilə etmək, onları izləmək və onlara təzyiqlər etmək İlham Əliyev hakimiyyətinin çoxdankı işidir. “Meta” şirkətinin də bəyanatı açıq şəkildə bir sübutdur!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın