Merkelin çıxışından sonra Almaniya mövqeyini dəyişdi

 

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti üç aydan çoxdur davam edir. Müharibənin ilk günlərindən bütün dövlətlərin mövqeyi bəlli olmuşdur. Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Böyük Britaniya Krallığı bir başa Ukraynanın yanında yer almışdır. Lakin, nədənsə, Almaniyanı bu siyahıya cəlb etmək olmurdu. Sanki Berlin və Moskvanın gizli bir anlaşması vardı. Düz üç ay Bundestaq öz neytrallığını qorumağa çalışdı. Bir tərəfdən Rusiya ilə qaz anlaşması, digər tərəfdən Avropadakı mövqeyi almanların siyasətini dəqiqləşdirməyə imkan vermirdi.

Buna baxmayaraq tilsim bir neçə gün bundan əvvəl, sabiq Baş Nazir Angela Merkelin çıxışı zamanı qırıldı. Merkel çıxışında Almaniyanın açıq şəkildə Ukraynanın yanında olduğunu dedi və üstəlik də ən müasir silahları onlara göndərəcəyini bildirdi.
Görünür, yeni hökumət sanki sabiq baş nazirin xeyir – duasını gözləyirdi. Bu çıxışdan sonra Alman siyasətində canlanma baş verdi və hökumət nümayəndələri birbaşa Rusiyaya hücuma başladılar.

 

Bununla da Putinin son ümidləri puc oldu deyə bilərik. Təbii ki, Almaniyanın bu mövqeyi Rusiya liderini qəzəbləndirəcəkdir. O, əlindən gələn bütün təxribatlara əl ata bilər. Qazın satışını dayandıra və yaxud Kalininqrad istiqamətində təzyiqlər edə bilər.

Bir sözlə, nəhayət ki, Almaniya üç aydan sonra qəti mövqe ilə dişini Rusiyaya göstərdi. Merkel və komandası anladı ki, Rusiyaya inanmaq qəti olmaz. Sabah işğal təhlükəsi onların da sərhəddinə yaxınlaşa bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın