Medvedyev də Qərbə hucuma başladı

Rusiyanın sabiq prezidenti, Federasiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyev Qərb ölkələrini təhdid etməyə başlamışdır. O, son vaxtlar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq, aparıcı Avropa ölkələrindən kütləvi sayda qovulan rusiyalı diplomatlara görə etiraz etmişdir.

Medvedyevin əsas hədəfi Polşa, Fransa, Almaniya olduğu bir vaxtda, digər ölkələrə də xəbərdarlıq etmişdir. O, beynəlxalq qanunların pozulduğunu və rəsmi Moskvanın da qarşılıqlı cavab verəcəyini qeyd etmişdir. Sabiq prezident Qərbin bu addımını mənasız adlandırmışdır. Onun sözlərinə görə Kreml rəhbərliyi xarici diplomatları Rusiyadan çıxartması üçün artıq siyahını da hazırlamışdır. Medvedyev bir az da irəli gedərək, daha ağır cavab verəcəklərini bildirmişdir.


Xatırladaq ki, Rusiyanın işğalçılıq siyasətinə görə diplomatları da sanksiyalarla üzləşmişlər. Polşa, Fransa, Almaniya ümumilikdə 100 – dən çox rusiyalı diplomatı ölkələrindən qovdu. Bu rəqəmlərin artacağı iddia edilir.

Aldığımız xəbərə görə, Litva, Estoniya, Latviya, Danimarka, İtaliya, Niderland Krallığı, İspaniya və s kimi ölkələr də bu estafetə qoşularaq rus diplomatlarını ölkələrindən qovmağa başlayıblar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın