MDB toplantısında Nikol Paşinyan İlham Əliyevə öz mesajını verdi; müharibə yenidən başlaya bilər

 

Oktyabrın 15 – də Azərbaycan prezidenti İlham Əliyev, Müstəqil Dövlətlər Birliyi Dövlət (MDB) Başçıları Şurasının iclasında videokonfransla çıxış etmişdir. Bu görüş zamanı ölkə prezidenti Ermənistan və Azərbaycan arasında sərhədlərin tanınması, sülh danışığının bərpasından danışmışdır.
İlk öncə İlham Əliyev Ermənistanın Azərbaycana mina xəritələrini verməməsindən və iki dövlət arasındakı sülh danışıqlarına zərbə vurmasını qeyd etmişdir. Digər tərəfdən isə, Ermənistan silahlı qüvvələrinin Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazisində təxribat törətmələrini MDB nümayəndələrinə çatdırmışdır.

Ermənistan Baş Naziri Nikol Paşinyan isə, öz növbəsində, sülhə hazır olduqlarını qeyd etsə də, çıxışı zamanı İlham Əliyevə siyasi mesaj da vermişdi. Paşinyan çıxışında “Zəngəzurdan söhbət açmayaraq sadəcə Azərbaycana keçməyə yol verəcəyini” qeyd etmişdir.

Rəsmi Bakı Nikol Paşinyanın çıxışından sonra təcili hərəkətə keçməlidir.Ermənistan bununla Zəngəzuru Azərbaycana qaytarmaq fikrində olmadığını söyləyir. Sanki MDB ölkələrinin bu görüşü formal xarakter daşımaqdadır. Fikir versəniz paralel olaraq Ermənistan ordusu Azərbaycan ərazisində yenidən aktivləşib. Bir neçə gün bundan əvvəl ordumuzun növbətçi avtomobilni atəşə tutur, bir neçə saat sonra bir hərbçimiz şəhid olur, sonra isə daha bir təxribata əl atır. İranı da ortaya atmaqla Zəngəzurun Azərbaycana geri qaytarılmasını əngəlləyir.

Görünür, bölgədə vəziyyət getdikcə gərginləşir. Hər halda Azərbaycan ordusu hər şeyə hazır olmalıdır, növbə isə artıq İlham Əliyevdədir — ya Nikol Paşinyanla razılaşmalı, ya da ki…10 noyabr bəyanatını zibil qütüsuna atmalıdır!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın