Mariya Zaxarova yenə Azərbaycana dil uzatdı

 

Rusiyanın ikinci Jirinovskisi Mariya Zaxarova yenidən Azərbaycana qarşı çıxışı ilə yadda qalmışdır. Şimal qonşumuzun xarici işlər nazirinin mətbuat katibi Qarabağda baş verən hadisədə rəsmi Bakıya qarşı ittiham irəli sürmüşdür.
Söhbət bir neçə gün bundan əvvəl olub, guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir traktor sürücüsünün ölməsi xəbəri yayılmışdı. Ermənistan tərəfi bunu əlində bayraq etsə də, Azərbaycan tərəfi bu məlumatı təkzib etmişdir.
Zaxarovanı guya, Azərbaycan tərəfinin Qarabağda erməni dinc sakinlərini öldürməsi qəzəbləndirmişdir. Bu ittihamla Rusiyanın XİN-nin mətbuat katibi Azərbaycana qarşı qərəzli çıxışlar etməkdədir.

Bəs niyə hər zamankı kimi, Azərbaycan tərəfi Mariya Zaxarovaya cavab vermir? “Rus matroşqası” hər dəfə bu tip ittihamlarla Azərbaycanı ləkələməyə calışır.
Niyə Zaxarova ermənilərin Gəncəyə, Bərdəyə atdığı raketlərdən söz acmır? Həmin vaxt 100 dən çox (yarısı uşaq olmaqla) dinc əhali həlak olmuşdur.
Bu gün Mariya Zaxaryanın mövqeyi hamıya bəllidir. Lakin rəsmi Bakının mövqeyi hələ də bəlli olmur. Haranınsa bar qızı Azərbaycanı ittiham edəcək, İlham Əliyev və hakimiyyəti susub sakit oturacaqdır. Ən azından Azərbaycan XİN – i, erməninin orda bizdən xəbərsiz iş görmək ixtiyarı yoxdur deyərək, Zaxarovaya etiraz etməlidir. Tarixi, rəsmi olaraq Qarabağ Azərbaycan torpağıdır və söz sahibliyi də bizə məxsusdur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın